Üç ay ərzində ölkənin xarici ticarətində 1.4 milyard dollarlıq müsbət saldo yaranıb

10:26 - 6.05.2026


6 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini stabil saxlayıb.

ABC.AZ Mərkəzi Bankın faiz dərəcəsi barədə açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu dövrdə xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir.

Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib.

Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.

Pul siyasəti alətlərinin tətbiqi maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri əsasında tənzimlənir.

Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır.

Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martında 6.47%, apreldə isə 6.44% təşkil edib.