Paramount Skydance 2026-cı ilin I rübündə gözləntiləri üstələyib: striminqdəki artım TV-dəki azalmanı kompensasiya edib

11:11 - 5.05.2026


5 may, Fineko/abc.az. Paramount Skydance (PSKY) 2026-cı ilin birinci rübünün nəticələrini açıqlayıb. Şirkət striminq seqmentindəki 11,5%-lik artım sayəsində proqnozları üstələyərək hər səhm üzrə 0,23 dollar mənfəət və 7,35 milyard dollar gəlir əldə edib.

ABC.AZ-ın məlumatına görə, televiziya biznesinin gəlirlərinin 5,6% azalmasına baxmayaraq, şirkət illik gəlir proqnozunu 30 milyard dollar səviyyəsində saxlayıb, səhmlər isə 2,4% bahalaşıb.