15:49 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 1,8% artaraq 493,6 min olub ki, bu da ümumi gecələmələrin 58,9%-ini təşkil edir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 12,8%-i Rusiya, 12,6%-i Türkiyə, 9,5%-i Hindistan, 6,2%-i Səudiyyə Ərəbistanı, 4,9%-i İsrail, 4,4%-i Pakistan, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,5%-i Çin, 3,3%-i Qazaxıstan, 2,8%-i Özbəkistan, 2,6%-i Küveyt, 2,4%-i ABŞ, 2,3%-i Böyük Britaniya, 1,6%-i Almaniya, 1,3%-i İran, 1%-i İtaliya, 0,9%-i Gürcüstan, 0,7%-i Ukrayna, 23,7%-i isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.