11:12 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Kredaqro” BOKT MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
ABC.AZ xəbər verir ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 manat məbləğində cərimə edilib. ©Banker.az
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026