Maliyyə Nazirliyinin Aparatına rəhbər təyinatı olub

15:03 - 29.04.2026


29 aprel, Fineko/abc.az.  Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xalıq Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

O, həmçinin 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.