10:41 - 28.04.2026
28 aprel, Fineko/abc.az. Azərbaycan və Türkiyə marja ticarəti, investisiya şirkətlərinin və investisiya fondlarının lisenziyalaşdırılması istiqamətləri üzrə təcrübə mübadiləsi aparıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qurumun nümayəndə heyəti Türkiyə Kapital Bazarları Şurasında olub.
Səfər çərçivəsində kapital bazarlarının inkişafı və dayanıqlılığının gücləndirilməsi, eləcə də tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində gündəmdə olan məsələlər müzakirə olunub.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026