Naxçıvanda 3 ayda 11,3 milyon nəfər sərnişin daşınıb

16:14 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.