11:01 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Yaponiyada avtomobil sürücülərini yanacağa qənaət etməyə və ictimai nəqliyyata keçməyə çağırıblar.
ABC.AZ xəbər verir ki, insanları buna məcbur edən heç bir qanunvericilik və ya tənzimləmə təşəbbüsü tətbiq olunmayacaq, ancaq Yaponiya hakimiyyəti bu istiqamətdə fəal maarifləndirmə işləri aparacaqdır.
Yaponiyada enerjiyə qənaət edən sürücülük, xüsusən də kəskin sürət artımından və avtomobilin boş vəziyyətdə uzun müddət dayanmasından imtina deməkdir. Yaponiya şəhərlərinin yollarında avtomobillərin əksəriyyətini təşkil edən hibrid mühərrikli avtomobil modellərində qaz pedalının reaksiyasını tənzimləmək və kondisionerin gücünü azaltmaqla yanacaq istehlakını nəzərəçarpacaq dərəcədə azaldan xüsusi eko-sürücülük rejimi də var."
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026