16:53 - 8.04.2026
8 aprel, Fineko/abc.az. Yaxın Şərqin bir sıra ölkələrində İran ətrafında münaqişə və aviadaşımalarda fasilələr fonunda Covıd-19 pandemiyasından bəri mehmanxanaların yüklənməsi minimal səviyyəyə enib. Uçuşların azalması bölgənin əsas şəhərlərinə turist axınını sürətlə azaldıb.
ABC.AZ xəbər verir ki, bu, Dubayda ən çox nəzərə çarpır: otellərin doluluğu 2020-ci ildən bəri 80%-dən 22,8 %-ə qədər azalıb. Bəhreyndə turist axını 70% azalıb, Fars körfəzi ölkələrinin turizm sənayesinə ümumi ziyan isə 34-56 milyard dollar təşkil edə bilər.
Proqnozlara görə, 2026-cı ildə region 38 milyona qədər turist qəbul etməyə bilər. Eyni zamanda, Ciddə kimi beynəlxalq uçuşlardan daha az asılı olan istiqamətlər, daxili və dini turizm sayəsində daha davamlı aktivlik nümayiş etdirir.