14:44 - 2.04.2026
2 aprel, Fineko/abc.az. Qeyd etdiyimiz kimi, Fars körfəzi ölkələri Hörmüz Boğazına alternativ marşrutlar axtarırlar. Təkliflər arasında Boğazdan keçməyən yeni neft-qaz kəmərlərinin tikintisi də var.
ABC.AZ xəbər verir ki, Financial Times-ın məlumatına görə, Yaxın Şərqdəki münaqişə Səudiyyə Ərəbistanının 1980-ci illərdə tikilmiş, 1,2 min km uzunluğunda “Şərq-Qərb” neft kəmərinin strateji əhəmiyyətini artırıb. Hazırda bu kəmər gündəlik 7 milyon barrel neftin daşındığı əsas nəqliyyat yoludur (Hörmüz boğazını heç keçmir).
Uzunmüddətli perspektivdə yeni kəmərlər təkcə neft və qaz yox, daha geniş çeşiddə malların daşınacağı ticarət marşrutlarının bir hissəsinə çevrilə bilər. Fars körfəzi ölkələrinin bir nümayəndəsinin sözlərinə görə, ABŞ-ın Hindistandan Fars körfəzi vasitəsilə Avropaya keçəcək dəhliz planının bərpası müzakirə olunur.
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026