15:08 - 31.07.2026
31 iyul, Fineko/abc.az. ABŞ korporasiyası Amazon 2026-cı ilin II rübündə xalis mənfəətini ötən ilin eyni dövründəki $18,2 mlrd-dan $62,6 mlrd-a çatdırıb. Bu barədə Reuters məlumat yayıb.
Səhmə düşən azaldılmış (diluted) mənfəət $1,68-dən $5,75-ə yüksəlib. Gəlirlər isə $167,7 mlrd-dan $200,6 mlrd-a artıb.
Şirkətin süni intellekt bölməsi olan Amazon Web Services-in gəlirləri II rübdə 37% artaraq $42,2 mlrd təşkil edib ki, bu da analitiklərin 31,21%-lik konsensus proqnozunu xeyli üstələyib.
Amazon 2026-cı il üçün kapital xərcləri proqnozunu 10% artıraraq $220 mlrd-a yüksəldib. Şirkətin səhmləri genişləndirilmiş ticarətdə 10% bahalaşır.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026