21:58 - 29.07.2026
29 iyul, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazı üzərindən gəlir əldə etməsinin qarşısını almaq və neft ixracına təzyiqi artırmaq məqsədilə növbəti sanksiya paketini elan edib.
Məlumata əsasən, sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi iddia edilən reket/məcburi sığorta mexanizmində iştirak edən iki şirkət — «Persian Gulf Marine Insurance Company» və «HormuzSafe Marine Services Authority» daxil edilib.
ABŞ tərəfi bildirir ki, bu qurumlar Hörmüz boğazından keçən ticarət gəmilərini məcburi dənizçilik sığortası almağa vadar edərək qanunsuz gəlir əldə edirlər.
Bundan əlavə, İran ham neftini və neft-kimya məhsullarını daşıyan 8 gəmiyə və həmin gəmilərin sahibi və ya operatoru olan Çin, Honq-Konq və Marşall adalarında qeydiyyatdan keçmiş 8 şirkətə məhdudiyyətlər tətbiq olunub. Sanksiya siyahısına alınan gəmilərin Marşall adaları, Mozambik, Barbados və Vanuatu bayraqları altında üzdüyü, bir gəminin bayrağının isə məlum olmadığı qeyd olunur.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026