10:10 - 5.03.2026
5 mart, Fineko/abc.az. Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə ABC.AZ. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumatına istinadla xər verir.
Qeyd olunub ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.