16:35 - 3.03.2026
3 mart, Fineko/abc.az. Fevralın 28-də ABŞ və İsrailin İrana birgə zərbələrindən və Tehranın Yaxın Şərq ölkələrinə cavab hücumlarından sonra minlərlə sərnişin uçuşların ləğvi və hava məkanının bağlanması ilə üzləşib.
ABC.AZ xəbər verir ki, münaqişə artıq Asiyanın aviasiya sektoruna təsir göstərib: Cathay Pacific, Qantas, Singapore Airlines və Japan Airlines şirkətlərinin səhmləri 5%-dən çox ucuzlaşıb, Qantas isə 10%-dən artıq dəyər itirib. İnvestorlar yanacaq qiymətlərinin artması, əlavə xərclər və marşrut dəyişiklikləri ilə bağlı risklərdən narahatdır.
Ekspertlərin qiymətləndirməsinə görə, qlobal kommersiya aviasiya sektoru 1 milyard dollardan çox itki verə bilər. Dubay kimi iri qovşağın bir günlük dayanması belə 215 milyon dollara qədər zərərə səbəb ola bilər. Qətər və BƏƏ-də əsas hava limanlarının bağlanması qlobal aviadaşımalar sistemində ciddi pozuntular yarada bilər.
27 İyul 2026
25 İyul 2026