Biznesin İnkişafı Fondu 1 milyon manata ofis icarəyə götürüb

12:04 - 27.02.2026


27 fevral, Fineko/abc.az. Azərbaycan Biznesinin İnkişafı Fondu 1 milyon manatdan çox icarə müqaviləsi bağladı.

ABC.AZ xəbər verir ki, Azərbaycan Biznesinin İnkişafı Fondu “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə icarə xidməti müqaviləsi imzalayıb.

Müqavilənin ümumi dəyəri 1 008 560 manat təşkil edir.