16:04 - 26.02.2026
26 fevral, Fineko/abc.az. İtaliyanın “Eni” neft-qaz şirkəti 2025-ci ildə ümumi qaz satışlarını 14% azaldaraq 43,7 mlrd kubmetrə endirib.
ABC.AZ xəbər verir ki, şirkətin açıqlamasına görə, əsas səbəb İtaliya və Avropa bazarında satışların 20% azalması, xüsusən də Türkiyədə “Botas” ilə “Mavi Axın” qaz kəməri üzrə müqavilənin dayandırılmasıdır.
Ümumi həcmin 12,1 mlrd kubmetrini mayeləşdirilmiş təbii qaz (LNG) satışları təşkil edib ki, bu da 23% artımı göstərir. 2025-ci ilin dördüncü rübündə “Eni” 3,2 mlrd kubmetr LNG satıb, üçüncü rübdə 3,3 mlrd, 2024-cü ilin dördüncü rübündə isə 2,7 mlrd kubmetr satılmışdı. Ümumi qaz satışları 13,4 mlrd kubmetr (-12%) təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026