Neft ucuzlaşır: Brent bir barel üçün 102,26 dollar təşkil edir

09:15 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Cümə axşamı ticarətində etalon markalarının qiymətləri ötən günkü artımdan sonra aşağı düşür.

Saat 09:13-ə olan məlumata görə, ICE Futures Europe birjasında Brent markalı neftin noyabr fyuçersi 0,82 dollar (0,80%) ucuzlaşaraq bir barel üçün 102,26 dollar təşkil edib. Sentyabrın 23-də keçirilən ticarətin yekunlarına əsasən, müqavilənin qiyməti 3,83 dollar (3,86%) artaraq bir barel üçün 103,08 dollara çatmışdı.

New York Mercantile Exchange (NYMEX) birjasında WTI markalı neftin noyabr fyuçersi saat 09:13-ə qədər 0,73 dollar (0,79%) ucuzlaşaraq bir barel üçün 91,43 dollara enib. Sentyabrın 23-də keçirilən ticarətin yekunlarına görə, müqavilənin qiyməti 1,64 dollar (1,81%) artaraq bir barel üçün 92,16 dollar təşkil etmişdi.

Ötən günkü ticarətin yekunlarına əsasən, Brent və WTI markaları arasındakı spred bir barel üçün 10,92 dollar olub.