Yanvarda bank sektorunda çalışanların sayında 154 nəfər azalma olub

10:45 - 26.02.2026


26 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında bank sektorunda çalışanların sayı 27 235 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında bank işçilərinin sayı 27 389 nəfər olub ki, bu da aylıq müqayisədə 154 nəfərin azalması deməkdir.

31 yanvar 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,498 olub.