16:26 - 18.02.2026
18 fevral, Fineko/abc.az. “MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə edilən rəqəmlər belə deməyə əsas verir. Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 19 617 836.19 manatdır.
Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir.
Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb.
Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt” və “MS Karyer” sahələridir. ©Banker.az
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026