12:40 - 8.11.2018
8 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.
“Noyabrın 8-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Noyabrın 6-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026