12:18 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Google-un ana şirkəti Alphabet süni intellekt sahəsində mövqelərini gücləndirib və investorların münasibətini dəyişə bilib.
ABC.AZ-ın məlumatına görə, şirkət rəhbərliyi bildirib ki, süni intellektə yatırımlar artıq biznesin bütün əsas istiqamətlərində maliyyə gəliri gətirməyə başlayıb. Google Gemini tətbiqi son rübdə aylıq 750 milyon aktiv istifadəçini keçib, şirkətin səhmləri isə oktyabrdan etibarən təxminən 36% artıb.
Gemini göstəriciləri hələ də OpenAI auditoriyasından aşağı olsa da, bazar Alphabet-in dayanıqlı biznes modelini müsbət qiymətləndirir. Eyni dövrdə Microsoft-un səhmləri 20%-dən çox, Oracle-ın isə təxminən 49% azalıb. Analitiklər bildirir ki, investorlar süni intellektin inkişafını xarici kapital deyil, öz gəlirləri hesabına maliyyələşdirə bilən şirkətlərə üstünlük verirlər.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026