16:14 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 32,2 milyon ABŞ dolları dəyərində 298 min 246 ədəd diri qoyun idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 94 %, kəmiyyət olaraq – 76 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 14,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çox) 128 min 608 ədəd (+9 dəfə) və Gürcüstandan 17,3 min ABŞ dolları dəyərində (+17 %) 169 min 638 ədəd (+12 %) qoyun gətirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min ədəd qoyunun 88 %-i Gürcüstanın payına düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026