15:22 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 36 milyon 306,2 min ton neft nəql edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisinə nisbətən 6,3 % azdır.
Ötən dövr ərzində nəqletmənin 74,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə ötən il 27 milyon 179,2 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.
Hesabat ilində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 %-ni və ya 23 milyon 056,9 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 %-ini və ya 4 milyon 122,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 4,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 22,2 % azalıb.
4 Avqust 2026
4 Avqust 2026