15:00 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. 2025-ci ilin ilk 11 ayında Azərbaycana gələn turist sayı 2% azalıb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin ilk 11 ayında Azərbaycana gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb. Dövlət Turizm Agentliyinin aylıq hesabatına əsasən, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2,364,251 turist gəlib. Bu rəqəm, 2024-cü ilin eyni dövründə isə 2,412,160 nəfər təşkil edib.
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn turistlərin ölkələr üzrə ilk onluğu aşağıdakı kimi olub:
Rusiya – 573,067 nəfər
Türkiyə – 416,689 nəfər
İran – 190,504 nəfər
Hindistan – 151,574 nəfər
Gürcüstan – 101,142 nəfər
Səudiyyə Ərəbistanı – 99,196 nəfər
Qazaxıstan – 95,952 nəfər
Pakistan – 81,952 nəfər
Çin – 60,636 nəfər
İsrail – 59,917 nəfər
Bu statistikaya əsasən, Azərbaycana ən çox turist Rusiya və Türkiyədən gəlir, statistikada növbəti pillələrdə isə İran və Hindistan yerləşir.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026