17:31 - 6.01.2026
6 yanvar, Fineko/abc.az. Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumat yayıb. Bu, 2024-cü illə müqayisədə 47,5 % çoxdur.
Təkcə ötən ay isə 86 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 24,6 % çoxdur.
2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.
27 İyul 2026