15:35 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında “SOCAR Polymer”in ixracdan əldə etdiyi gəlirlər 242,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 milyon ABŞ dolları və ya 4,3 faiz daha çoxdur.