11:19 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Nyu-Yorkda qızıl fyuçersləri ilin əvvəlindən bəri təxminən 71% artıb ki, bu da son 46 ilin ən yüksək göstəricisidir.
ABC.AZ xəbər verir ki, artım qlobal geosiyasi gərginlik, ticarət münaqişələri və ABŞ-da faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Bu amillər investorların qoruyucu aktivlərə, o cümlədən qızıla marağını artırıb.
Bu həftə qızıl il ərzində 50-ci dəfə rekordunu yeniləyərək tarixdə ilk dəfə bir unsiya üçün 4500 dolları keçib. JPMorgan analitikləri 2026-cı ildə qiymətlərin 5000 dollardan yuxarı qalxacağını proqnozlaşdırır. Dinamika baxımından qızıl ilin əvvəlindən cəmi 18% artan S&P 500 indeksini xeyli qabaqlayıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026