Türkiyədə islam bankçılığı dövlət bankları milli fond altında birləşə bilər

16:48 - 22.12.2025


22 dekabr, Fineko/abc.az. Türkiyədə islam bankçılığı xidmətləri göstərən iki dövlət bankının — Ziraat Katılım və Vakıf Katılım banklarının, həmçinin yaradılmaqda olan Halk Katılım Bankası-nın Milli Fondun idarəsi altında birləşdirilməsi imkanları nəzərdən keçirilir.

ABC.AZ xəbər verir ki, birləşmə modeli vaxtilə dövlət banklarının sığorta şirkətlərinin birləşdirilməsi əsasında yaradılmış Türkiye Sigorta modelinə bənzər ola bilər.

İslam maliyyələşməsinə artan tələbat bu bankların Türkiyə bank sektorundakı payını 10%-ə çatdırıb. Hakimiyyət orqanları isə bu göstəricini 15%-ə yüksəltməyi planlaşdırır. Daha əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun qlobal maliyyə mərkəzinə çevrilməsi niyyətini bəyan etmişdi.