10:43 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 34 milyon 289 min ABŞ dolları təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 22,6% azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,8 %-dən 9,5 %-ə düşüb.
9 ay ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 343 milyon 888 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 48,4 %-dən 40,5 %-a düşüb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026