10:21 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. - (özəl xəbər) - "Unibank"ın əməliyyat xərcləri kəskin artıb.
ABC.AZ-ın bankın açıqladığı statistik rəqəmlərə istinadən apardığı hesablamalara görə, "Unibank"ın əməliyyat xərcləri 28 milyon 139 min manat və ya faiz göstəricisi ilə 13,9 faiz artıb.
Belə ki, Bankın rüblük maliyyə hesabatına əsasən, "Unibank"ın cəmi əməliyyat xərcləri 2024-cü ilin yanvar-sentyabr aylarında 202 milyon 191 min manat olduğu halda 2025-ci ilin eyni dövründə 230,330 min manat təşkil edib.
Bu isə xərclərin kəskin artdığını göstərir. Əməliyyat xərclərinin artımı faiz xərclərinin, eləcə də qeyri-faiz xərclərinin yüksəlməsi ilə əlaqələndirilir.
Müəllif: Elmir Muradov
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026