16:27 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 1,24 %-lə tariflər, 0,5 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər və izahlı qaimələrin əldə edilməsi barədə qeydə alınıb.
ABC.AZ İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, poçt rabitəsi xidmətləri üzrə noyabr ayı ərzində 82 müraciət daxil olub.
Bu da sistemə daxil olan ümumi şikayətlərin 16,9 %-ni əhatə edir.
Poçt rabitəsi xidmətlərində müraciətlərin 73,2 %-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 7,3% müraciətlər müştəri xidmətləri, digər 19,5% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb.
Ümumilikdə isə müraciətlərin 68,30%-i sürətli poçt xidmətləri, 31,70%-i universal poçt xidmətləri barədə olub.
Müraciət edərkən ünvan olaraq vətəndaşların 55,17 %-i Bakını, 7,64 %-i Sumqayıtı, 7,02 %-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 80,8 %-də vətəndaşlar 10 bölgəni (Bakı, Sumqayıt, Abşeron – Xırdalan, Gəncə, Cəlilabad, Lənkəran, Göygöl, Masallı, Xaçmaz, Ağsu) ünvan olaraq qeyd ediblər.
Sistem üzərindən noyabr ayı üzrə 91,1 % kişi, 8,9 % qadın müraciət edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026