10:31 - 27.07.2026
27 июля, Fineko/abc.az. Nvidia korporasiyası süni intellekt startapı OpenAI-yə genişmiqyaslı məlumat emalı mərkəzinin yaradılması üçün təxminən $250 milyard həcmində maliyyə ayırmaqla bağlı danışıqlar aparır.
Bu barədə 26 iyul tarixində The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım OpenAI-yə Yaponiyanın SoftBank korporasiyasının törəmə şirkəti tərəfindən tikilən 10 giqavat gücündə elektrik stansiyasının uzunmüddətli icarəsi üçün kredit cəlb etməyə imkan verəcək. WSJ bildirir ki, layihənin ümumi dəyəri $500 milyardı ötə bilər ki, bu da onu məlumat mərkəzlərinin yaradılması sahəsində ən böyük layihəyə çevirəcək.
Xatırladaq ki, ötən il OpenAI, Oracle və SoftBank şirkətləri ABŞ-da “Stargate” layihəsi çərçivəsində süni intellekt üçün beş yeni məlumat mərkəzinin tikintisini planlaşdırdıqlarını elan ediblər.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026