20:37 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Meta Facebook Marketplace istifadəçiləri üçün Seller tətbiqini təqdim edib. Tətbiq satışların idarə olunması, yazışmalar və analitika alətlərini süni intellekt dəstəyi ilə vahid interfeysdə birləşdirir.
Servis platforma ilə sinxron işləyir, elanların yaradılmasını sadələşdirir və satıcılar üçün prosesləri avtomatlaşdırır. İlkin mərhələdə tətbiq ABŞ-da App Store-da təqdim olunur.