15:13 - 24.07.2026
24 iyul, Fineko/abc.az. "Microsoft Corp." özünün populyar "PowerPoint" və "Bing" məhsullarında təsvirlərin yaradılması üçün "OpenAI" texnologiyaları əvəzinə özünün daxili süni intellekt modellərindən istifadə etməyə başlayır.
"Microsoft AI" bölməsinin rəhbəri Mustafa Süleyman bildirib ki, yerli modellər "PowerPoint"də xərcləri 85% azaltmağa imkan verir, eyni zamanda daha sürətli, ucuz və yüksək keyfiyyətli nəticələr təmin edir.
Baxmayaraq ki, tərəfdaşlıq çərçivəsində "Microsoft" "OpenAI" modellərinə pulsuz giriş hüququna malikdir, həmin modellərin işlədilməsi üçün tələb olunan hesablama infrastrukturu böyük xərclər yaradır.
Şirkət həmçinin "T-Mobile" və "EasyJet" kimi nəhənglərin zəng mərkəzlərində özünün ən son səs generasiyası modellərinin tətbiqinə başladığını elan edib.
27 İyul 2026
27 İyul 2026