Qızılın qiyməti ilk dəfə unsiya başına 4400 dolları ötüb

10:47 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Birja ticarətində qızılın qiyməti yenidən rekordlar göstərir. Cümə axşamı axşam saatlarına olan məlumata görə, Nyu-Yorkun Comex birjasında fevral ayı üzrə qızıl fyuçersinin qiyməti tarixdə ilk dəfə bir troy unsiyasına 4400 dollar həddini keçib.

ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 20:13-ə olan göstəricilərə əsasən, qiymətli metalın dəyəri təxminən 1% artaraq 4407,5 dollaradək yüksəlib.