AMB “Atəşgah Həyat” və “Paşa Sığorta” ASC-yə məcburi göstəriş verib

16:19 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı oktyabr ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC və “Paşa Sığorta” ASC-yə qarşı icrası məcburi olan yazılı göstərişlər tətbiq edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hər iki iş oktyabrda tətbiq edilib.

Qərar hər iki şirkətin “Sığortaçılarda korporativ idarəetmə standartları”na tam əməl etməməsi ilə bağlıdır. Mərkəzi Bank bildirir ki, göstərişlər “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsasən verilib.