Türkiyəli ekspert: Aİ-nin yeni sanksiyaları Türkiyə banklarının vəziyyətini çətinləşdirəcək

10:51 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Avropa İttifaqının yeni sanksiyalar paketi Türkiyə bankları üçün rusiyalı tərəfdaşlarla işləməkdə əlavə çətinliklər yaradacaq, lakin Ankara və Moskva çıxış  yolu tapa biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu türkiyəli politoloq və Rusiya üzrə ekspert Ümit Nazmi Xazır deyib.

Daha əvvəl xəbər verilmişdir ki, yerli bankların daxili yoxlamaları gücləndirib və ikinci sanksiyaların qarşısını almaq üçün Rusiya ilə əlaqəli əməliyyatları məhdudlaşdırıb. Ekspertin sözlərinə görə, bu, artıq ölkələr arasında biznes, turizm və özəl pul köçürmələri üçün ciddi maneələr yaradır.

O əlavə edib ki, Türkiyə turizm sektorunun öz iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alır, ona görə də məhdudiyyətlərin mənfi nəticələrini minimuma endirməyə çalışacaq.