18:08 - 23.10.2018
23 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) park qaydalarının pozulmasına qarşı sərt tədbirlər tətbiq edir.
BNA-nın məlumatına görə, ilk reydlər Nəriman Nərimanov və Gənclik metro stansiyalarının ətrafında aparılmışdır.
“Reyd zamanı qanunsuz park edənlər barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə sanksiyaları tətbiq edilib”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, cərimə sanksiyaları sərnişinlərin enmə və minmə qaydalarını pozan avtobus sürücüləri barəsində də tətbiq edilib.
27 İyul 2026