11:24 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) Hamımıza məlumdur ki, dünya maliyyə sektoturunda son bir neçə ildə İslam bankçılığı anlayışı çox sürətlə yayılmağa başlayıb. Belə ki, bir çox ölkələrdə artıq İslam bankçılığından geniş istifadə olunur. Azərbaycan bu istiqamətdə bəzi İslam ölkələrindən geri qalır.
Buna baxmayaraq, Azərbaycanda da artıq İslam bankçılığı ilə bağlı bir sıra addımların atılmasına başlanılıb. Ekspertlər İslam bankçılığı ilə bağlı gecikməni ölkəmizdə hələ də hüquqi bazanın olmaması ilə ələqələndirir.
Məsələni ABC.AZ-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev bildirib ki, Azərbaycanda İslam bankçılığı ilə bağlı hüquqi bazanın formalaşdırılması istiqamətində hazırda işlər gedir.
R.Atakişiyev hətta 2017-ci ilin yanvarından 2020-ci ilin mart ayının 20-nə kimi İslam İnkişaf Bankının Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə hüquqi baza üçün layihə hazırladığını bildirir:
"Azərbaycanda İslam bankçılığı hüquqi bazasının formalaşdırılması üçün layihə icra olunub və həmin layihəyə də İslam İnkişaf Bankı 200 min dollar vəsait ayırmışdı. Həmin dövrdə o istiqamətdə işlər aparıldı və hüquqi bazanın yenilənməsi, müəyyən islahatların aparılması ilə bağlı təkliflər verildi. Son dövrlərdə 2025-ci ilin ortasından başlayaraq Mərkəzi Bankda İslam bankçılığı ilə bağlı hüquqi bazanın formalaşdırılması üçün işlər gedir. 2025-ci ilin sonuna bu sənədlərin artıq rəhbərliyə, 2026-cı ildə isə Milli Məclisə verilməsi gözlənilir ki, ilkin qanunvericilik bazası ilə bağlı sənədlər qəbul olunsun. Bu qəbul olunduqdan sonra biz deyə bilərik ki, İslam bankçılığı ilə bağlı ilkin hüquqi baza formalaşmış olacaq".
Müəllif: Elmir Muradov
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026