10:29 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Kakao fyuçersləri, dünya istehsalının lideri olan Kot-d'İvuardan yüksək məhsul göndərmələri barədə xəbərlərdən sonra azalmağa davam edir.
ABC.AZ xəbər verir ki, Nyu-Yorkdakı ticarət zamanı ən likvid müqavilə 4,1% ucuzlaşaraq tonu 4,878 dollara düşüb. Bu, keçən ilin fevralından bəri minimum səviyyədir.
Kot-d'İvuarın ixrac limanlarına kakao axını ardıcıl üçüncü həftədir ki, 100 min tondan çoxdur, deyə Bloomberg bildirir.
Expana nümayəndəsi Endrü Moriartinin sözlərinə görə, bu cür həcmlər ümumiyyətlə bazar gözləntilərinə uyğundur. O proqnozlaşdırır ki, önümüzdəki həftələrdə göndərişlər bir qədər azalacaq və gələn ilin birinci rübündə keçən mövsümün səviyyəsinə yaxınlaşacaq.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026