10:23 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. Bir çox bazarlarda, o cümlədən bankçılıq sektorlarında, süni intellekt bəzi peşələrin əvəzlənməsi prizmasından dəyərləndirilir. Lakin biz korporativ bank olaraq, süni intellekti tam fərqli şəkildə qiymətləndiririk və mütəxəssislərimizin məhsuldarlığını və dəqiqliyini artıran, onların peşəkar bacarıqlarını inkişaf etdirən praktik bir alət kimi görürük.
Bunu ABC.AZ-a müsahibəsində PAŞA Bank-ın İdarə Heyətinin üzvü Cəlal Orucov bildirib.
O bankın bu istiqamətdəki əsas məqsədinin işçiləri əvəzləmək olmadığını söyləyib:
"Əksinə, müasir texnologiyalar vasitəsilə PAŞA Bankın işçilərinin imkanlarını genişləndirmək və professional keyfiyyətini daha yüksək səviyyəyə qaldırmaq istəyirik. İlkin süni intellekt alətlərinin tətbiqində məqsədimiz birbaşa müştəri xidmətlərinin keyfiyyətinə təsir edən proseslərin keyfiyyətinin artırılması olub. Müştəri sorğularının avtomatik təsnifatı və yönləndirilməsi, sistem daxil olan müraciətləri mövzuya görə avtomatik analiz edir və ən uyğun komandaya yönləndirir. Bu, carı operativ əməliyyatlara yüklənməni azaldır və cavabvermə sürətini artırır. Bankın digər fəaliyyət istiqamətləri üzrə süni intellekt tədbiqi dərin analiz edilərək, işlər davam etdirilir".
Müəllif: Elmir Muradov
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026