Bu küçədən Babək prospektinə çıxan hissə avtomobillər üçün bağlanır

16:03 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 22-də saat 00:00-dan etibarən Bakının Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Qeyd edilib ki, sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.