11:14 - 31.07.2026
31 iyul, Fineko/abc.az. 2026-cı ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və ya 0,8% artıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ölkəmizin valyuta ehtiyatları bununla da sözügedən dövrdə 85,7 milyard ABŞ dolları olub.
"Strateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 40 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir", - sədr vurğulayıb.
Müəllif: Elmir Muradov
3 Avqust 2026
1 Avqust 2026