15:04 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında tədiyyə balansının əsas komponenti olan xarici ticarət balansı 2,4 milyard ABŞ dollar müsbəti saldo səviyyəsində formalaşıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, həmçinin bildirib: “2025-ci ilin 6 ay üzrə cari əməliyyat balansının profisiti 2,3 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun 6,3 faizi deməkdir. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin sonunda 3,7 milyard ABŞ dollar səviyyəsində formalaşacaq”.© Azərtac
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026