Taleh Kazımov: 2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub

14:29 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. 2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub. Bu dövrdə qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmiyyətli dərəcədə yüksəlib. Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləmiş və inflyasiya aşağı templərlə azalıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondunun oktyabr hesabatına görə qlobal iqtisadi artımın 2025-ci ildə 3,2, 2026-cı ildə isə 3,1 faiz olacağı proqnozlaşdırılıb. Hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üzrə 4,2 faiz sabit saxlanılıb, 2026-cı ilə isə 0,1 faiz bəndi artırılaraq 3,7 faiz müəyyən edilib. © Azərtac