17:03 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. “Alphabet” səhmləri ABŞ-də “Nasdaq” birjasının premaket ticarətləri zamanı 5,9% artaraq maksimumda 293,28 dollara yüksəlib.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə 16:03-ə artım 4,4%-ə qədər zəifləyib. Xatırladaq ki, 14 noyabrda “Alphabet” səhmləri 276,98 dollar (-0,77%) dəyərində olub.
“Google”un ana şirkətinin kotirovkaları bazar ertəsi yüksəlib. Buna səbəb investisiya şirkəti “Berkshire Hathaway”in “Alphabet”dəki payını açıqlaması olub. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim olunan sənədlərə əsasən, “Berkshire” 2025-ci ilin III rübündə “Alphabet”in 17,8 milyon səhmini alıb. “The Wall Street Journal” qeyd edir ki, sentyabrın sonuna bu payın dəyəri 4,3 milyard dollardan çox olub. Hələ 2018-ci ildə CNBC efirində Baffet demişdi ki, reklama dair potensialını başa düşsə də, “Google-a erkən mərhələdə sərmayə qoymamaqla hər şeyi əldən verib”, çünki “texnologiyalar sahəsində kifayət qədər məlumatlı olmayıb”.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026