EBRD Qafqazda texnologiyaya böyük məbləğdə investisiya qoyur

12:23 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) hədəf həcmi 200 milyon avro olan “Molten East Fund I SCSp” fondunun kapitalına 25 milyon avroya qədər vəsait yatırmağı planlaşdırır.

Türkiyə, Qafqaz, Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiyada ilkin və aktiv böyümə mərhələsində olan texnologiya şirkətlərini maliyyələşdirmək.

İnvestisiya EBRD-nin 200 milyon avroluq "İlkin Mərhələlərdə İnnovasiyaların Maliyyələşdirilməsi Mexanizmi II" (ESIF II) çərçivəsində ayrılır.

Bankın iştirakı fondun ilk kapital cəlbi raundunu uğurla tamamlamasına və regiona peşəkar vençur təcrübəsinin gətirilməsinə dəstək olacaq.