Nazim İmanov: Türk dövlətləri arasında inteqrasiyanın əsas istiqaməti ortaq sərmayələr olmalıdır

16:23 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsi qarşılıqlı ticarətin genişləndirilməsi deyil, ortaq sərmayələrin artırılması, birgə müəssisələrin yaradılması və investisiya əlaqələrinin dərinləşdirilməsi olmalıdır.

Bunu Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.

O bildirib ki, 2026-cı ildə TDT üzvləri arasında ticarət həcmi 7 % artsa da, strukturların oxşarlığı səbəbindən imkana bağlı tamamlama səviyyəsi aşağıdır və bu səbəbdən əsas diqqət birgə investisiyalara yönəldilməlidir.