12:15 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların əmlak və torpaq vergisindən azad edilməsi müddəti uzadıla bilər.
ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliyə əsasən, həmin müddətin 2019-cu il yanvarın 1-dən 12 il olması nəzərdə tutulur. Hazırda həmin müddət 7 ildir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026