15:58 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 563 milyon manatdan çox artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manat olub.
Həmçinin işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.
Bundan başqa, icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650 milyon manat olub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026